Qapalı yaşayış kompleksinin girişi və ərazisi 24/7 mühafizə olunur. Baryerlə qorunan çimərlik, idman və istirahət zonaları ilə birlikdə Mardi Mekan Estate yalnız sakinlərə məxsusdur.
PASHA Real Estate layihəsi olan kompleks ən yüksək standartlara əsasən tikilir və idarə olunur. Yaşadığınız məkanda hər an maksimum keyfiyyətlə yadda qalır.
Mərdəkanın ən premium lokasiyasında yerləşdiyindən layihə inkişaf etmiş infrastrukturla əhatələnib. Supermarketlər, məktəblər və klinikalar evinizdən bir neçə dəqiqəlik məsafədədir.
Dənizə birbaşa çıxış Mardi Mekan Estate-də özünəməxsus həyat tərzi yaradır. İstədiyiniz zaman çimərliyə çıxıb qumlu sahildən həzz almaq sizə gözəl enerji bəxş edir.
Dənizin sahilində yerləşsə belə Mardi Mekan Estate şəhərlə sıx əlaqədədir. Təbiətlə iç-içə olan evinizdən şəhər mərkəzinə sadəcə 20 dəqiqədə çatmaq mümkündür.




































